
1492 ilin bu günü Xristofor Kolumb Kubanı kəşf edib.
Bəs tarixdə bu gün başqa hansı hadisələr baş verib?
Gununsesi.info 28 oktyabrda tarixdə baş verən mühim hadisələri təqdim edir:
1.1516 – Qəzza yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub edib.
2.1918 – Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil olub.
3.1940 – İtaliya ordusunun Yunanıstana hücum etməsi ilə Yunanıstan İkinci dünya müharibəsinə daxil olub.
4.1941 – SS qüvvələri Litvada 9000-dən çox yəhudini güllələyiblər.
5.1962 – Karib böhranı: Nikita Xruşşov Kubada sovet raketlərinin sökülməsini elan edib.
6.1998 – İkinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilib.
7.2008 – Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirildi və həmin axşam cənazə xüsusi reyslə Bakıya gətirilib.
Orxan Saffari