
“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsi məhkəməyə verilib.
Gununsesi.info xəbər verir ki, universitetlə bağlı Abşeron Rayon Məhkəməsinə müraciəti iqtisadçı Məqsud Qubadlı edib.
Mahiyyəti əmək mübahisəsi olan iş hakim Məlahət Abbasovanın icraatındadır. Növbəti hazırlıq iclası noyabrın 6-da keçiriləcək.
Qeyd: Universitetin rektoru professor Havar Məmmədovdur.
Gununsesi.info