
Bazar günü Ali Məclisin Qanunvericilik Palatası və xalq deputatları şuralarına deputat seçkilərində qeydə alınmış seçicilərin 74,72 faizi iştirak edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev məlumat verib.
Onun sözlərinə görə, seçkilərdə 19 milyon 944 mindən çox seçicidən 15 milyon 27 min 527 nəfəri səs verib.
Xatırlatmaq istərdik ki, bundan əvvəl Baş Prokurorluq seçkilərlə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə dərc olunan xəbər və məlumatları yoxlamış və seçki qanunvericiliyinin pozulmadığını müəyyən etmişdir.