
Fələstin, ABŞ-ın maneələrinə baxmayaraq, BMT-də tamhüquqlu üzvlük əldə etməyə çalışmaqda davam edəcək.
Gununsesi.info xəbər verir ki, bunu Fələstin liderinin müşaviri Mahmud əl-Habbaş bildirib.
“Fələstin Birləşmiş Ştatların yaratdığı bütün maneələrə baxmayaraq, bir dövlət olaraq BMT-yə tamhüquqlu üzv olmağa davam edir və etməyə davam edəcək”.
Bundan əlavə, onun sözlərinə görə, ölkə öz dövlətçiliyinin daha çox ölkə tərəfindən tanınması üçün səylərini davam etdirmək niyyətindədir.
Bundan əvvəl əl-Həbaş İsrailin Qəzza zolağında ağ fosfordan istifadə etməsinin sənədləşdirildiyini və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) ötürüldüyünü bildirmişdi.
O əlavə edib ki, milyonlarla insan yəhudi dövlətinin Qəzza zolağında çoxsaylı müharibələrdə ağ fosfordan istifadə etməsinin şahidi olub.