
Avropa Komissiyası (AK) tərəfindən təmsil olunan Avropa İttifaqı Gürcüstandakı bütün siyasi qüvvələri ölkədə keçirilən seçkilərdən sonra yaranmış problemləri dinc və konstruktiv yolla həll etməyə çağırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi Nəbilə Massrali Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Əlbəttə, biz prezidentin və müxalifət partiyalarının bəyanatını nəzərə alırıq. Biz hadisələri yaxından izləməyə davam edəcəyik və bütün tərəfləri problemləri konstruktiv və sülh yolu ilə həll etməyə çağırırıq”.