Harrisə xəbərdarlıq edilib.

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə Respublikaçı rəqibi Donald Trampı faşizmdə ittiham etməmək barədə xəbərdarlıq edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr Harrisin qərargahına göndərilən Future Forward siyasi fəaliyyət komitəsindən elektron məktublar əldə edib: “Trampı faşizmdə ittiham etmək o qədər də inandırıcı deyil. “Tramp tükənib” üslubunda ittihamlar heç bir nəticə vermir”.

Harrisin tərəfdarları respublikaçıları təhqir etməkdənsə, daha çox iqtisadi və demoqrafik məsələlərə diqqət yetirməyi məsləhət görürlər.

Daha əvvəl Tramp 56 gün istirahət etmədiyini, Harris isə daima istirahət günləri keçirdiyini bildirib.

 

Gununsesi.info