Əziz Əliyev küçəsində velosiped yollarının nişanlanması işləri aparılıb

  • By Günel
  • 28 Oktyabr 2024 21:23

Ərazidə mikromobillik imkanlarının artırılması məqsədilə Əziz Əliyev küçəsində velosiped yollarının təşkili ilə bağlı nişanlanma işləri aparılıb.

Gununsesi.info Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, işlər Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrası çərçivəsində görülüb.

Gununsesi.info