İsrailin Livana hücumları davam edir: - 2672 nəfər...

İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı 2672 nəfərə yüksəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkənin bir çox bölgəsində hava hücumlarını davam etdirdiyi bildirilib.

Açıqlamada İsrailin davam edən hücumları nəticəsində dünən 19 nəfərin öldüyü, 108 nəfərin yaralandığı bildirilib və 8 oktyabr 2023-cü ildən Livana təşkil edilən hücumlarda həyatını itirənlərin sayının artdığı qeyd edilib.

Yaralananların sayı isə 12 min 468-ə yüksəlib.

Bombardmanlar nəticəsində Livanda yüz minlərlə insanın didərgin düşdüyü təxmin edilir.

Orxan Saffari

Gununsesi.info