
Lənkəran rayonunda tarixi Zindan qalası (Dairəvi qala) bərpa olunur.
Gununsesi.info bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.
Hazırda bərpa işləri ilə əlaqədar layihə-smeta sənədləri hazırlanır.
Xatırladaq ki, Zindan qalası XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir.
O, həmçinin hazırda mayak kimi istifadə edilən oxşar ikinci qala Lənkəran qala sisteminin cənub və şimal istehkamları idi.