
Amerikalı milyarder İlon Maskın seçki öncəsi Trampa dəstəyi davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın demokratiya üçün təhlükə olduğunu iddia edənlərə “demokratiya üçün real təhlükə yaradırlar” deyib.
Belə ki, bu barədə sözü texnologiya milyarderi İlon Mask Pensilvaniyada Trampa dəstək üçün keçirilən sessiyada iştirakçıların suallarını cavablandırarkən deyib.
İştirakçılardan biri Muskdan 2021-ci il yanvarın 6-da Konqres basqını xatırladaraq, Trampın yenidən seçiləcəyi təqdirdə ABŞ demokratiyasının tənəzzül edəcəyi ilə bağlı ritorika haqqında nə düşündüyünü souşub.
“Trampın demokratiya üçün təhdid olduğunu söyləyənlərin demokratiya üçün əsl təhlükə olduğunu” ifadə edən Musk, Trampın konqresə basqın zamanı “zorakılıq və dinc etirazlar” tələb etdiyini qeyd edib.
Qeyd edək ki, ifrat sağçı qruplar və keçmiş prezident Donald Trampın ABŞ-dakı tərəfdarları 3 noyabr 2020-ci il prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün 6 yanvar 2021-ci ildə sessiyanın keçirildiyi Konqresin binasına basqın etmişdilər.
Basqın zamanı biri polis məmuru olmaqla 5 nəfər ölüb. Basqına görə ictimai üsyana təhrik etdiyinə görə impiçment üçün mühakimə olunan Tramp 2021-ci ilin fevralında Senatda keçirilən səsvermədə bəraət qazanmışdı.
Orxan Saffari