
Gürcüstan hakimiyyəti ölkədə keçirilən parlament seçkiləri zamanı baş vermiş qanun pozuntuları ilə bağlı xəbərləri araşdırmalıdır.
Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə alyansın rəsmi nümayəndəsi Fərəh Daxlallah çıxış edib.
“Beynəlxalq Seçki Müşahidə Missiyası Gürcüstanda qeyri-bərabər seçki şəraitini qeyd edib ki, bu da ictimaiyyətin nəticələrə inamını sarsıdır. Seçki pozuntuları ilə bağlı xəbərlər tam araşdırılmalıdır”, – deyə o, X-də yazıb.
Qeyd edək ki, bir sıra Avropa paytaxtları xüsusilə beynəlxalq müşahidəçilərin hesabatına istinad edərək Gürcüstandakı seçkilərin nəticələrindən narahat olduqlarını bildiriblər.
Şəbnəm