İsrail Qəzzada BMT-nin məktəbini üçüncü dəfə bombalayıb: - 11 nəfər ölüb

İsrail ordusu Qəzzada köçkünlərin sığındığı məktəbi üçüncü dəfə bombalayıb. Hücum nəticəsində 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzzanı bombardmanları 388 gündür ki, davam edir.

Mənbələr hücumda 11 nəfərin öldüyünü, təxminən 20 nəfərin yaralandığını, yaralıların Şifa və El-Ehli Baptist xəstəxanalarına aparıldığını bildirib.

Dağıntılar altında hələ də ölülərin olduğu güman edilir.

Orxan Saffari

Gununsesi.info