Aİ Ukraynanı bütün ödənişlərdən məhrum edə bilər

Kiyev şərtləri yerinə yetirməsə, Avropa İttifaqı Ukraynanı bütün ödənişlərdən məhrum edə və 35 milyard avro, yəni üç trilyon rubl olan kreditin vaxtından əvvəl ödənilməsini tələb edə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Aİ jurnalında dərc olunan sənəddə deyilir.

Bildirilir ki, qarşıdan gələn memorandum digər məsələlərlə yanaşı, “azlıqların” hüquqlarına hörməti, “demokratik mexanizmləri” və “hərbi sənayenin bərpası, yenidən qurulması və modernləşdirilməsində Aİ ilə əməkdaşlıq etmək” öhdəliyini gücləndirməyi planlaşdırır.

Bundan əvvəl Avropa Parlamenti Avropa Komissiyasının Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə qaytarılacaq 35 milyard avro məbləğində kreditin verilməsi təklifini təsdiqləyib.

Eyni zamanda, layihənin qəbuluna 518 avropalı deputat səs verib.

 

 

Şəbnəm

Gununsesi.info