
Keçmiş Boliviya prezidenti Evo Morales avtomobilinə atəş açıldığını deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, və o, bunu həyatına qəsd kimi qiymətləndirib.
Onun sosial mediada yerləşdirdiyi videoda Moralesin oturduğu ön oturacaqda avtomobilin qabaq şüşəsində ən azı iki güllə dəliyi olduğu ortaya çıxıb.
Moralesin Sosializm Uğrunda Hərəkatı (Mas) partiyası açıqlamasında bildirib ki, qara geyimli şəxslər avtomobil hərbi kazarmanın yanından keçərkən ona atəş açıblar.
Partiya prezident Luis Arce hökumətinin məsuliyyət daşıdığını bildirib.
Arce siyasətdə zorakılığı pisləyib və araşdırma aparacağını vəd edib.
Orxan Saffari