Sandu Zurabişviliyə zəng etdi, dəstək verdi

  • By Günel
  • 28 Oktyabr 2024 21:04

Moldova Prezidenti Maya Sandu gürcüstanlı həmkarı Salome Zurabişvili ilə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Sandu X hesabında məlumat paylaşıb.

“Mən indicə Salome Zurabişvili ilə Gürcüstandakı seçkilərlə bağlı danışdım. Moldova azadlıq, demokratiya və Avropanın gələcəyi uğrunda mübarizə aparan bütün gürcüləri dəstəkləyir”, – Sandu bildirib.

Məlumata görə, Zurabişvili və Sandu telefon söhbətində oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərini müzakirə ediblər. Zurabişvili bildirib ki, səslər Rusiyanın iştirakı ilə tamamilə saxtalaşdırılıb və o, nəticələri tanımaqdan imtina edib.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində Gürcü Arzusu Partiyası 53.93 faiz səslə qalib gəlib. Müxalifət və Prezident Zurabişvili seçkinin nəticələrini tanımayıb.

Gununsesi.info