
Çinli hakerlər amerikalı siyasətçilərin, o cümlədən prezidentliyə namizəd Donald Trampın müşavirlərindən birinin telefon zənglərini ələ keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb.
Bildirilir ki, hakerlər Çin hökuməti ilə əlaqəli olduğu iddia edilən Salt Typhoon qrupuna aiddir.
Qəzetin mənbələri iddia edir ki, hakerlər mesajlara və səs yazılarına çıxış əldə ediblər.
İndi Amerika hakimiyyəti onların əlinə hansı məlumatın düşdüyünü dəqiqləşdirir.
İlkin məlumatlara görə, hakerlər FTB və digər federal qurumların kimin nəzarətində olduğunu öyrənməyə çalışıblar.
Günay