Zurabişvili iğtişaşların təşkilində iştirak edir

Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətlə birlikdə ölkədə iğtişaşların təşkilində iştirak edir.

Gununsesi.info gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.

“Siz görürsünüz ki, xanım Salome Zurabişvili müxalifətlə birlikdə “ölkədə iğtişaşlar” adlı ssenaridə birbaşa iştirak edir”, – deyə Papuaşvili bildirib.

Gürcüstan prezidenti bundan əvvəl ölkədə hakim partiyanın qalib gəldiyi parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib.

O, həmçinin ölkə sakinlərini etiraza çağırıb.

 

 

Gununsesi.info