10-cu sinif şagirdi intihar etdi

Bakıda məktəbli intihar edib.

Gununsesi.info  xəbər verir ki, 2009-cu il təvəllüdlü Tacir Mürsəl oğlu Almuradov yaşadığı Binə qəsəbəsindəki evdə özünü asıb. Onun meyiti dünən saat 21 radələrində yaxınları tərəfindən aşkar edilib.

Bildirilir ki, intihar edən oğlan orta məktəbin 10-cu sinif şagirdi olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info