Ağsuda ağır yol qəzası baş verib: sürücü ölüb

  • By Günel
  • 28 Oktyabr 2024 22:03

Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Səlimov Tehran Nəriman oğlu “KIA” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

T.Səlimov elə hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info