Orbanı Tiflisdə fitə basdılar

  • By Günel
  • 28 Oktyabr 2024 22:25

Bu gün Gürcüstanda rəsmi səfərdə olan Macarıstanın baş naziri Viktor Orban Tiflisdə “sürprizlə” qarşılanıb. 

Gununsesi.info -nun Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə Orban küçədə insanlar tərəfindən fitə basılıb. Buna səbəb isə onun Gürcüstanda keçirilən seçkilərdən dərhal sonra mövcud hökuməti təbrik etməsi olub. Etirazçılar səsləndirdikləri şüarda ona “Putinin adamı” deyiblər.

Gununsesi.info