Fotoqraf qadın 6 gün sonra dağda sağ tapılıb: - İlan sancıb

Avstraliyanın qarlı dağlarında 6 gündür ki, itkin düşən qadın geniş axtarış-xilasetmə əməliyyatından sonra təcili yardım xidmətləri tərəfindən tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Uels polisi Lovisa Sjoberg-in ilan sancmasından dünyasını dəyişdiyini söyləyib.

Fotoqraf Lovisa Sjoberg xəstəxanaya çatdırılmazdan əvvəl aldığı xəsarətlərə görə hadisə yerində müalicə olunub, vəziyyəti stabildir.

Qeyd edək ki, qadının itkin düşməyi barəsində ilk xəbəri avtomobil şirkəti bilib. Belə ki, avtomobil kirayəsi şirkəti onun avtomobilinin geri qaytarılmadığını və onunla əlaqə saxlamaq mümkün olmadığını bildirdikdən sonra onun təhlükəsizliyi ilə bağlı qorxuları yaranıb.

Daha sonra onun avtomobili kilidsiz və tərk edilmiş vəziyyətdə tapılıb.

Orxan Saffari

Gununsesi.info