
İki gün əvvəl paytaxt küçələrinə axan keysan yağışlarının tunellərə dolması iki insanın itkisi ilə nəticələnib.
Bu məsələyə münasibət bildirən sadə insanlar və ictimai xadimlər sosial şəbəkələrdə bu duruma görə hökuməti korrupsiyada ittiham edib.
Bu arada məlum olub ki, insan ölümü ilə nəticələnən tuneli məşhur iş adamı Xəlil Göyüşova məxsus şirkət inşa edib.
Gununsesi.info-nun xəbərinə görə, hələ bir neçə il əvvəl Avropada yaşayan jurnalist Cavanşir Həsənli Xəlil Göyüşovun Avropada böyük əmlak sahibi olması faktını üzə çıxarıb.
Belə ki, su basan bu tuneli tikən Xəlil Göyüşov, həmçinin övladları Ramiz və Rüfət Göyüşovlar o illərdə Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb.
Böyük ehtimalla insan itkisi ilə bağlı aparılan araşdırmalara Göyüşov da cəlb olunacaq.
Elmar
Gununsesi.info