Həftəsonu niyə istirahət edirik?

Xüsusi ilə bazar gününün istirahət günü olması qədim ənənədir.

Bəs bu ənənə necə yarandı?

Gununsesi.info xəbər verir ki, bazar günü qədimdə dincəlmək və ibadət etmək üçün ayrılmışdı. İki istirahət günü üçün isə kef çəkməyi sevən insanlara borcluyuq.

Belə ki, 19-cu əsrdə İngiltərədə işçilər yeganə istirahət günlərini ibadət etmək üçün deyil, əyləncə və içki üçün istifadə etmək istədilər və buna başladılar.

İlk dəfə 1908-ci ildə İngiltərədə bir fabrik işçilərə şənbə gününü də istirahət üçün verdi və bu, tədricən ənənə halını alaraq bu cür formalaşdı.

Orxan Saffari

Gununsesi.info