
Tbilisidə keçirilməsi planlaşdırılan aksiyada qanundan kənara çıxan hər bir iştirakçı ciddi şəkildə cəzalandırılacaq.
Gununsesi.info xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze deyib.
“İstənilən şəxs öz fikrini bildirə bilər. Gürcüstanda söz və ifadə azadlığı qorunur, lakin bu, qanun çərçivəsində edilməlidir”, – deyə o, vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl müxalifətdə olan “Birlik – Milli Hərəkat” və “Dəyişiklik Koalisiyası” partiyalarının Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etdiyi bildirilir.
Hakim “Gürcü arzusu” partiyası 53%, “Dəyişiklik üçün koalisiya” 11,2%, “Birlik – Milli Hərəkat” 9,8% səs toplayaraq səs çoxluğu əldə edib.
Günay