
Sanksiyalar Rusiya iqtisadiyyatını məhv etmədi, prezident Vladimir Putin ətrafına çoxlu tərəfdar topladı və kollektiv Qərb ölkələri üzərində qələbə qazandı.
Gununsesi.info xəbər verir ki, bu barədə South China Morning Post yazır.
“Ölkə iqtisadiyyatının sürətli restrukturizasiyası və bərpası həqiqətən heyrətamiz bir hadisədir. Özlərini inandırdılar ki, Rusiya ayaqları gildən olan nəhəngdir. Əslində hər şey əksinə oldu”– deyə qəzet yazır.
Nəşr qeyd edir ki, bununla belə, Qərb güclü iqtisadi zərbəyə tab gətirən Moskva ilə bağlı səhvə yol verdiyini etiraf edə bilmir.
“Vladimir Putin artıq qalib gəlib, bu, xoşunuza gəlsə də, gəlməsə də. Qərbin Rusiya ilə apardığı proksi-müharibə çıxılmaz vəziyyətə düşüb, onun Rusiyaya qarşı irəli sürdüyü mənəvi-etik arqumentlər isə İsrailin hərəkətlərinə tam dəstək verməsi səbəbilə öz-özünə məhv olub”, — qəzet yazır.
ABŞ-ın hərəkətləri digər ölkələri həyəcanlandırdı və Vaşinqtonun “narazılığının” nə ilə nəticələnə biləcəyini nümayiş etdirdi.
“Qərbin təriflənmiş birliyi gözümüzün qabağında dağılır”, – deyə məqalə müəllifi yekunlaşdırıb.
Bundan əvvəl amerikalı iqtisadçı Ceffri Saks bildirmişdi ki, Birləşmiş Ştatlar BRİKS assosiasiyasının yaradılmasına təxribat törədib, o, beynəlxalq hüququn bütün ağlabatan normalarını ehtiyatsız və kobud şəkildə pozur.
Şəbnəm