Yeni doğulan körpələrin yeməyinə saf spirt qoydular: - Bir körpə öldü...

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) bir xəstəxanada neonatal reanimasiyada körpənin yeməyinə təsadüfən saf spirt qoyulması nəticəsində 20 günlük körpə ölüb, səhhəti ağır olan 6 körpə isə intubasiya edilib. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırma başlanılıb, 4 tibb işçisi “ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində ölümə səbəb olmaq” ittihamı ilə saxlanılıb.

Körpəsini itirən ailə körpələrinin ötən cümə günü dünyasını dəyişdiyini, lakin onlara gec məlumat verildiyini bildirib.

Orxan Saffari

Gununsesi.info