Bu gün “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, X turda “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək.

“Rams Park”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Komandalar Superliqa tarixində 133-cü dəfə üz-üzə gələcəklər. Meydan sahibləri 50, “Qara qartallar” 39 görüşdə qələbə qazanıb. 43 dueldə isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, “sarı-qırmızılar” doqquz matçdan sonra 25 xalla liderdir. Səkkiz oyuna 20 xal toplayan qonaqlar 4-cü pillədə qərarlaşıb.

 

 

Gununsesi.info