Nigeriyada 8 gündür elektrik verilmir

  • By Günel
  • 28 Oktyabr 2024 21:10

Nigeriyada elektrik şəbəkəsindəki nasazlıq səbəbindən 8 gündür şimal ştatlarında elektrik enerjisi kəsilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nigeriyanın Elektrik Ötürücü Şirkətinin (TCN) ictimaiyyətlə əlaqələr üzrə meneceri Ndidi Mbah verdiyi açıqlamada, oktyabrın 21-də elektrik şəbəkəsinin bəzi hissələrində gərginliyin azalması səbəbindən ölkənin şimalında elektrik enerjisinin kəsilməsinin davam etdiyini bildirib.

Mbah nasazlığı aradan qaldırmaq üçün Milli Təhlükəsizlik Müşaviri Ofisi ilə birlikdə işlədiyini ifadə edərək, problemin tezliklə aradan qaldırılacağını əlavə edib.

Nigeriyada elektrik xidmətində zaman-zaman görülən bu problem iqtisadi fəaliyyətlərə mənfi təsir edir və müxtəlif sektorlarda kritik xidmətlərin fəaliyyətini də dayandırır.

Ölkənin bir çox yerlərində tez-tez fasilələr olur. Bu səbəbdən insanların çoxu enerji ehtiyaclarını generatorlar vasitəsilə qarşılayır.

Günel Həsənova

Gununsesi.info