
İsrailin Livana hücumları davam edərkən, Hizbullah cavab verməkdə davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsraildə bir hərbi baza və 9 yaşayış məntəqəsini hədəf aldığını açıqlayan Livan Hizbullahı raket və İHA-lardan istifadə etdiyini bildirib.
Açıqlamada Hayfa şəhərinin şimalındakı Zevulun hərbi sənaye bazasına raketlərlə, Akko şəhərinin şərqindəki Bar Lev sənaye zonasına isə kamikadze Pilotsuz Uçuş Aparatları (PUA) ilə hücum edildiyi bildirilib.
Hücumlarda İsrail əsgərlərinin öldüyü və yaralandığı bildirilib.
Orxan Saffari