İsrail BMT-nin fəaliyyətini qadağan edib

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) İsrailin nəzarətində olan ərazilərdə fəaliyyətini qadağan edən qanun layihəsi İsrail parlamentinin üzvləri tərəfindən təsdiqlənib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tel-Əviv Fələstinin Həmas hərəkatının nümayəndələri üçün işləyən agentlik işçilərini dəfələrlə qeydə aldığını iddia etməkdə davam edir.

“İsrail Knesset Plenumu İsrailin nəzarəti altında olan ərazidə UNRWA-nın fəaliyyətini əngəlləmək məqsədi daşıyan iki qanun layihəsi üzrə yekun səsverməni təsdiqlədi”– deyə məqalədə bildirilir.

Bu arada təşəbbüs Avstraliya, Böyük Britaniya, Almaniya, Koreya Respublikası, Kanada, Fransa və Yaponiyanın hakimiyyət orqanları tərəfindən tənqid edilib.

 

 

Şəbnəm

Gununsesi.info