DTX-nin əməliyyatı zamanı Qax icra başçısı ilə birgə saxlanılan vəzifəlilərdən bəzilərinin ADLARI

  • By Admin2
  • 20 İyun 2025 16:48

Qax Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin bəzilərinin adları məlum olub.

Gununsesi.info– Oxu.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, icra başçısının birinci müavini Elbrus Tağıyev, başçının köməkçisi Cəlil Cəlilov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rahib Nəzirli, Qax şəhər bələdiyyəsinin sədri Eyvaz Orucov, icra başçısının sürücüsü Kamran Orucov və digər vəzifəli şəxslər saxlanılıblar.

Gununsesi.info