Netanyahu və ABŞ rəsmiləri İranla bağlı hərbi variantları müzakirə ediblər

Dünən axşam İsrailin baş naziri Benyamin Netanyahu, SAXAL Baş Qərargah rəisi Eyal Zamir, müdafiə naziri İsrail Kats, strateji planlaşdırma naziri Ron Dermer və digər israilli rəsmilər ABŞ administrasiyasının nümayəndələri ilə görüşüblər.

Bu barədə Gununsesi.info  The Jerusalem Post -a istinadən xəbər verir.

Bildirilir ki, görüş ABŞ-ın İsrailin İran əleyhinə zərbələrinə qoşulub-qoşulmayacağını müzakirə etdiyi vaxt baş tutub.

ABŞ prezidenti Donald Tramp bildirib ki, bu məsələ ilə bağlı qərarını iki həftə ərzində verəcək. Brifinq zamanı mətbuat katibi Kerolayn Levit Trampın İranla problemi diplomatik yolla həll etməkdə maraqlı olduğunu, lakin əsas prioritetinin İran İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu qeyd edib.

Bölgədə üç ABŞ aviadaşıyıcısının yerləşdiriləcəyi və on hərbi nəqliyyat təyyarəsinin ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlıq bazalarına göndəriləcəyi gözlənilir.

 

Gununsesi.info x