
“Abzas Media” işi üzrə məhkəmə prosesi başa çatıb və təqsirləndirilən şəxslərlə bağlı hökm elan edilib.
Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmənin qərarına əsasən, jurnalist Sevinc Vaqifqızı və “Abzas Media”nın rəhbəri Ülvi Həsənli 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, hüquq müdafiəçisi Məhəmməd Kekalov 7 il 6 ay, jurnalist Hafiz Babalı və iqtisadçı Fərid Mehralızadə isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı olub. Onlar və saytla əməkdaşlıq edən digərləri Cinayət Məcəlləsinin 7 maddəsi – 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ilə ittiham edilirlər. Müttəhimlər ilkin istintaq vaxtı və məhkəmədə özlərini təqsirli bilməyiblər.
Şəbnəm