Həbib Nurməhəmmədov Bakıya gələcək

UFC çempionu Həbib Nurməhəmmədov Azərbaycanın paytaxtına gələcək.

Gununsesi.info xəbər verir ki, bu barədə o, özü instaqram hesabında paylaşım edib.

Səfərin səbəbi iyunun 21-də Bakıda keçiriləcək “UFC 260” turniridir.

Turnirdə iştirak edəcək rusiyalı döyüşçü Tagir Ulanbekovun məşqçisi olan Nurməhəmmədov onunla bir yerdə paytaxtımızda olacaq:

“Biz Taqir Ulanbekovla birlikdə qonaqpərvər Azərbaycana yollanacağıq. Yalnız qələbə”.