Gəncədə 1 nəfər bıçaqlanıb

  • By Günel
  • 22 Aprel 2025 07:58

Gəncə şəhərində baş verən dava zamanı bir nəfər bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisədə 1995-ci il təvəllüdlü Əli Ələkbərov bıçaqlanıb.

Otuz yaşlı şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Gununsesi.info