
Agentliyin məlumatına görə, Çində rüşvətxorluqda ittiham olunan keçmiş anti-korrupsiya məmuru həbs edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çinin anti-korrupsiya rəsmisi Li Qanq rüşvət almaqda ittiham olunur.
Əvvəllər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat şöbəsinin nizam-intizam və təftiş qrupunun rəhbəri olmuş Li prokurorluğun göstərişi ilə həbs edilib.
Çin Kommunist Partiyasından verilən açıqlamada Li-yə qarşı cinayətlərin Milli Nəzarət Komissiyası tərəfindən araşdırıldığı və faylın daha sonra prokurorluğa təqdim edildiyi bildirilib.
Həbsindən əvvəl Li partiya nizam-intizamını və qanunları ciddi şəkildə pozduğuna görə partiyadan xaric edilib və dövlət vəzifəsindən kənarlaşdırılıb.
Keçən il Çində mərkəzi bankın qubernator müavini, yüksək rütbəli hərbi məmur və ölkənin ən böyük neft-qaz şirkətinin keçmiş sədri də daxil olmaqla yüksək səviyyəli şəxslərə qarşı korrupsiya araşdırmalarına başlanılıb.
Yanvar ayında etdiyi çıxışında Çin prezidenti Xi Jinping Çində korrupsiyanın hələ də geniş yayıldığını və artdığını, bunun Kommunist Partiyası üçün ən böyük təhlükə olduğunu deyib.
Orxan