
Dövlət qulluğu imtahanında yüksək bal toplayan gənclər müsahibə mərhələsində məqsədli şəkildə prosesdən keçirilmir.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
“Bununla bağlı gələn şikayətlər göstərir ki, bu problem olaraq həll edilməlidir. Dövlət Qulluğunda imtahandan keçən gənclər müsahibə mərhələsini keçə bilmir. Məqsəd onların yerinə qeyri leqal alınmış müqaviləli işçiləri saxlamaqdır. Uduzan gənclər məhz bu səbəbə görə uduzur. Suallar bilərəkdən çətin salınır ki, cavab verə bilməsinlər və nəticədə bu şəxslərin əziyyəti heç olur. Konkret olaraq maraqlı orqanın təmsilçiləri komissiyadan çıxarılmalıdır”, – deputat bildirib.
Deputat Dövlət İmtahan Mərkəzinin fəaliyyətini nöqsansız hesab edərək təklif edib ki, yaxşı nümunələrə baxıb yeniliklər etmək lazımdır.