
Qızılın 2025-ci ilin iyunu üçün füçersinin qiyməti “Comex” birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) tarixi maksimumu yeniləyərək, bir Troya unsiyası üçün 3 500 dollar səviyyəsini keçib.
Gununsesi.info xəbər verir ki, bu, ticarət meydançasının məlumatlarından irəli gəlir.
Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, qızılın qiyməti 4.59% artaraq, unsiyası 3 500.1 dollara çatıb. Bakı vaxtı ilə 07:35-ə qızılın artım tempi yavaşlayıb və unsiyası 3 495.6 dollar səviyyəsində ticarət olunub (4.56% artım).