Hacı Əliyev biznesə qoşuldu

  • By Günel
  • 19 Aprel 2025 20:28

Tokio Olimpiadasının gümüş mükafatçısı, güləşçi Hacı Əliyev biznesdə özünü sınamağa qərar verib.

Gununsesi.info Offsideplus.az-a istinadla xəbər verir ki, o, dünyanın məşhur brendlərinin satıldığı mebel və dekor mağazasının sahibi olub.

Qeyd edək ki, mağazanı güləşçi özünə ad günü hədiyyəsi olaraq açıb.

Hacı Əliyev aprelin 21-də 34 yaşını qeyd edəcək.

Gununsesi.info