Yevlaxda yol qəzası: - qayınana və gəlini xəsarət aldı

  • By Günel
  • 22 Aprel 2025 09:26

Yevlaxda yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, hadisə Hacıselli kəndi yaxınlığından keçən magistral yolda baş verib.

Belə ki, “VAZ 2107” markalı avtomobillə “Hundai” markalı minik maşınının toqquşması nəticəsində yüngül xəsarət alan Ağdaş rayon sakinləri – 1964-cü il təvəllüdlü Təzəgül Ağayeva və 2006-cı il təvəllüdlü gəlini Nərgiz Bəkirova xəstəxanaya çatdırılıb.

Onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info