
41-ci dəqiqədə Nəriman Axundzadə “Qarabağ”ın üçüncü qolunu vurur.
Gununsesi.info xəbər verir ki, 40-cı dəqiqədə Yassin Benzia penaltidən fərqlənərək hesabı 2:0 edir. 38-ci dəqiqədə Höccət Haqverdi Kadi Borgesin reydi zamanı qaydanı pozmuşdu.
22-ci dəqiqədə “Qarabağ” hesabı açır. Kadi Borgesin vurduğu cərimə zəribəsini Rza Cəfərov dəf etsə də, Abdullah Zubir qayıdan topu qapıdan keçirir.
***
20:00
“Qarabağ” və “Neftçi” komandaları arasında Azərbaycan Premyer Liqasının XXXI tur matçı start götürüb.
Teleqraf xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Azərbaycan Premyer Liqası
XXXI tur
19 aprel
20:00. “Qarabağ” – “Neftçi” – 3:0 (FASİLƏ)
Qol: Abdullah Zubir, 22, Yassin Benzia, 40 (penalti), Nəriman Axundzadə, 41
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu