
ABŞ-də yerləşən 100-dən çox universitet və kollec Tramp administrasiyasına məktub yazaraq, onların institutlarına siyasi müdaxiləyə qarşı yekdil mövqe nümayiş etdirdiklərini vurğulayıblar.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -də 100-dən çox universitet və ali təhsil müəssisəsi ABŞ prezidenti Donald Trampın administrasiyasına açıq məktub yazıb, təhsil sisteminə “siyasi müdaxiləni” pisləyib.
Prinston və Braun kimi universitetlər məktubu imzalayan qurumlar arasında olub.
Məktub ABŞ-nin Fələstinə dəstəyində önə çıxan Harvard Universitetinin hökumətin universitet üçün ayrılan maliyyəni dondurmasının qarşısını almaq üçün Tramp administrasiyasını məhkəməyə verməsindən bir gün sonra açıqlanıb.
Universitetlər “konstruktiv islahatlara açıq olduqlarını və qanuni hökumət nəzarətinə qarşı olmadıqlarını” bildirdilər və əlavə etdilər:
“Lakin biz hökumətin yersiz müdaxiləsinə qarşı olmalıyıq. Biz ictimai tədqiqat fondlarının təzyiqlə istifadəsini rədd etməliyik.”
Orxan