Prezidentlə danışdığım 5 dəfə kəsildi — Putin

Rusiya Prezidenti Vladimir Putin braziliyalı həmkarı ilə telefon danışığında problem yaşayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə o, Rusiya vilayətlərinin bələdiyyə rəhbərləri ilə görüşü zamanı danışıb.

“Mən indicə Braziliya prezidenti (Luiz İnasio Lula da Silva – red.) ilə danışdım: söhbət beş dəfə kəsildi, texniki səbəblərə görə”, – Putin qeyd edib.

O, qrafikində dəyişikliyin gözlənilməz səbəblərdən dəyişməsinə misal olaraq bu nümunəni xatırladıb.

 

 

Gununsesi.info