Neft dağılması səbəbindən çimərliklər bağlanıb

  • By Admin2
  • 22 Aprel 2025 15:47

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bir çox çimərliklər neft sızması səbəbindən bağlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Tur Operatorları Assosiasiyası Birləşmiş Ərəb Əmirliklərində ( BƏƏ) neft sızması səbəbindən bir çox çimərliklərin bağlanması ilə bağlı açıqlama verib.

Rusiya mətbuatı xəbər verir ki, açıqlamada otellərin turistlər üçün icazə verilən üzgüçülük zonalarına servislər təqdim etdiyi və yerdəyişmə zamanı köməklik göstərən turoperatorların olduğu bildirilib.

“BƏƏ-də Oman körfəzi sahilləri boyunca bir neçə çimərlik neft sızması səbəbindən bağlı olaraq qalır. Bir gün əvvəl, aprelin 21-də Şarja Əmirliyindəki Kəlbə çimərliyinə üzgüçülük qadağasının təsir etdiyi məlum olub”, – deyə məlumatda bildirilir.

ATOR əlavə edib ki, rusiyalı turistlərdən gələn şikayətlərin və köçürülmə tələblərinin sayı minimaldır.

Bildirilir ki, turoperatorlar və mehmanxanaçılar atmosferə atılan tullantıların nəticələrinin öhdəsindən sakitcə gəlirlər və vəziyyət nəzarət altındadır.

Turistlər təxminən iki həftə əvvəl çimərlikdə neft emissiyalarını müşahidə ediblər.

Onların sözlərinə görə, bəzi çimərliklərdə sızma izi yoxdur, amma çimdikdən sonra paltarda və dəridə kiçik tünd ləkələr əmələ gəlir.

Orxan

Gununsesi.info