Vasitəçi ölkələrdən Qəzza üçün yeni atəşkəs planı

  • By Admin2
  • 22 Aprel 2025 09:56

Fələstinli yüksək rütbəli rəsmi Britaniya mətbuatına bildirib ki, Misir və Qətər Qəzzada uzunmüddətli atəşkəs üçün danışıqlar aparmaq üçün yeni təklif irəli sürüblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail atəşkəsi pozmağa və Qəzza zolağına hücumlara davam edərkən, İsrail və HƏMAS arasında atəşkəsin bərpası üçün yeni atəşkəs planının təklif edildiyi bildirilib. 

İsrail və HƏMAS arasında dolayısı ilə atəşkəs danışıqları ilə tanış olan yüksək rütbəli Fələstin rəsmisi BBC-yə bildirib ki, Qətər və Misir vasitəçiləri “Qəzzada müharibəyə son qoymaq üçün yeni formula təklif edirlər”.

Rəsmi şəxsin paylaşdığı məlumata görə, təklif beş ildən yeddi ilə qədər davam edəcək atəşkəs, İsrail həbsxanalarında saxlanılan bütün fələstinlilərin əvəzində bütün israilli girovların azad edilməsi, müharibənin “rəsmi sonlanması” və İsrailin Qəzza ərazisindən tamamilə çıxarılmasını nəzərdə tutur.

BBC “Həmas mənbəsinə” istinadən xəbər verir ki, HƏMAS-ın yüksək səviyyəli nümayəndə heyəti danışıqlar aparmaq üçün Misirin paytaxtı Qahirəyə gedəcək. 

Orxan

Gununsesi.info