Gəncədə məktəblilər arasında insident - 3 nəfər xəsarət aldı

  • By Admin2
  • 22 Aprel 2025 15:49

Gəncədə məktəblilər arasında dava-dalaş olub.

Gununsesi.info xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri – 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info