Menendezin həyat yoldaşı təqsirli bilinib

  • By Admin2
  • 22 Aprel 2025 10:20

Keçmiş ABŞ senatoru Bob Menendezin həyat yoldaşı Nadine Menendez ərinin cinayətlərindəki roluna görə rüşvətxorluq və korrupsiya ittihamları ilə təqsirli bilinib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Türkiyə əleyhinə mövqeyi ilə tanınan, korrupsiya və rüşvətxorluq ittihamı ilə 11 il həbs cəzasına məhkum edilən keçmiş ABŞ senatoru Bob Menendezin həyat yoldaşı Nadine Menendez ərinin cinayətlərində rol oynadığı səbəbilə açılan iddia çərçivəsində Manhetten Federal Məhkəməsində hakim qarşısına çıxıb.

58 yaşlı Nadine Menendez ona qarşı irəli sürülən 15 ittihamın hamısında, o cümlədən rüşvətxorluq, vicdanlı xidmətlərdə dələduzluq və dövlət məmurunun xarici agent kimi fəaliyyət göstərməsi üçün sui-qəsddə günahkar bilinib.

Manhetten baş prokurorunun müavini Metyu Podolski hökmdən sonra verdiyi açıqlamada “Nadine Menendez və senator Bob Menendez cinayət ortağı idi” deyib.

Orxan

Gununsesi.info