
Cammu və Kəşmirdə turistlərə təsadüfi atəş açılıb. Polisdəki mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, beş turistin öldüyü ehtimal edilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda bir qrup turistə atəş açılıb.
İlkin məlumata görə, azı 1 nəfər ölüb, 4-ü ağır olmaqla 12 nəfər yaralanıb. Polis mənbəsinin Reuters xəbər agentliyinə verdiyi məlumata görə, beş turistin öldüyü və 8 nəfərin yaralandığı bildirilir.
“India Today” xəbər saytının məlumatına görə, hücum bu gün yerli vaxtla saat 14:30 radələrində baş verib. Turistlərin dağlıq ərazidə gəzdiyi və onlara silahlı şəxslər tərəfindən atəş açıldığı bildirilib.
Hücumdan sonra Pahalqam bölgəsində təhlükəsizlik tədbirləri gücləndirilib; Təhlükəsizlik qüvvələri hadisə yerində təhlükəsizlik perimetri yaradıb.
Orxan