Şəkidə qəza: Ata həlak oldu, doqquz yaşlı oğlu xəsarət aldı

  • By Günel
  • 22 Aprel 2025 08:47

Aprelin 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində avtoqəza baş verib.

“Mercedes” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.

Gununsesi.info xəbər verir ki Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan sürücü çatdırıldığı xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralizadə isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info