Rafael Ağayev: Həyatda hər şey bir saniyədə dəyişə bilər

  • By Günel
  • 20 Aprel 2025 15:02

“Federasiyadan iş gözləmirəm”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev deyib.

40 yaşlı idmançı yanvarda Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti postundan istefa verdikdən sonra yenidən oradan iş təklifi alıb-almaması ilə bağlı suala belə cavab verib:

“Bu mövzu barədə danışmaq istəmirəm. Federasiyada hamıya uğurlar arzu edirəm. Həyatda hər şey bir saniyənin içində dəyişə bilər. Yolumuza davam edirik. Gələcəkdə hər şey ola bilər. Kim harada olursa-olsun, ilk növbədə, insan olmaq, dürüst olmaq lazımdır. Heç kimin haqqına girmədən harada oluruqsa-olaq, bu günümüzə şükür”.

Gununsesi.info